About Author: -Shamil-

Website
http://www.aubg.bg

Posts by -Shamil-

1

6 oyun: 3 qələbə, 3 məğlubiyyət!

Hərkəsə salam!

Son yazım Vyetnamla oyun öncəsi yazılmışdı. Çətin görüşdən asan qələbə qazandıq (345947435). Daha sonra isə Danimarkaya ciddi müqavimət göstərməyə çalışsaq da sona qədər tab gətirə bilmədik və nəticədə məğlub olduq (345947438).

Və olanlar bundan sonra oldu. Növbəti oynumuz Bəhreynlə evdə idi və qələbə qazanacağımız təqdirdə 2-ci mərhələ şanslarımız artacaqdı. Gözlənilməz hal baş verdi, və baş məşqçimiz BiH_Merlin oyundan atıldı. Seçkilər üçün vaxt müddəti qısa olmadığından Bəhreynlə oynumuz standart düzülüşlə oldu və məğlub olduq (345947445) :(

Daha sonra Moldova ilə də oynumuz Vyetnamla olduğu kimi ağır olacağı gözlənilsədə, rəqib gözlənilməz şəkildə oyuna 1 oyunçu əksik çıxdı 243 düzülüşü ilə və bununlada Moldova üzərində 1-0-lıq inamlı qələbə qazandıq (345947448). Növbəti görüşümüz Litva ilə oldu, oyun çox vacib oyun idi, amma nə etmək olar? Rəqib hər cəhətdən üstün idi, istər komanda ruhunda, istər komanda arxayınlığında istərsədə ev stadionunda oynamaqda. Rəqib önündə ancaq 68 dəqiqə tab gətirə bildik, və sonda 3-0 məğlub olduq (345947453). Buna baxmayaraq ümidimizi itirmədik və son 3 həftədə digər rəqiblərin xal itirməsini arzulayaraq İordaniya ilə oyuna hazırlaşdıq.

Oyuna gəlincə, oyun çox gərgin keçdi. İordaniya 24-cü dəqiqədə sükutluğu qolla pozdu. 45 və 60-cı dəqiqədəki dəyişikliklərimiz özünü doğrultdu, müvafiq olaraq 55 və 75-ci dəqiqələrdə 2 qol vuraraq rəqib üzərində yenə inamlı qələbə qazandıq (345947458). Gözümüz həmçinin bu oyunla paralel keçirilən Şimali İrlandiya və Litva kollektivləri arasında oyunda idi. Bu 2 komandanda 1-inin 3 xal götürməsi bizim bütün şanslarımızın üzərindən xətt çəkilməsi demək idi. Yeganə bizə xeyir edən hesab heç-heçə idi. Oyunda möcüzə baş verdi! Ş.İrlandiya 4-1 öndə olduğu oyunda sona qədər duruş gətirə bilmədi və Litva hesabı 4-4 etdi! Bu isə bizim 2-ci mərhələ şanslarımızı 30%-ə qədər artırdı. Eyni şanslar həmçinin Litva və İrlandiyayada aid etmək olar, sadəcə bu halda ümid ancaq Danimarka və bizə qalır.

Önümüzdə 2 oynumuz var! Hər ikisi evdə, Şimali İrlandiya və Vyetnama qarşı. Şimali İrlandiyaya qarşı hər tərəfli üstünlüyümüz var amma inşAllah bu bizi arxayın salmaz və oyundan qalib dönərik. Gözümüz həmçinin paralel keçirilən Litva-Danimarka və Vyetnam-Moldova görüşlərində olacaq. Hər 3 oyunda bizə sərfəli nəticə olsa, 2-ci mərhələ şanslarımız 70%-ə qədər qalxacaq!

Son oyunlarda Allah köməyimizdə olsun! Dualarınızı əskik eləməyin 😉

P.S: Ş.İrlandiya-Litva görüşündə 4-3 və İordaniya-Azərbaycan görüşündə 1-1 olarkən, GM-Catalinə bir musiqi göndərdim dedim çox gözəl musiqidir qulaq as. O da mənə yazdıki əla mahnıdır, xəyal edək hər şey bizim istədiyimiz kimi olar, və şükür Allaha istədiyimiz gerçəkləşdi, bircə Allah axırınıda yaxşı eləsin! Həmin mahnını sizə təqdim edirəm :)

http://www.youtube.com/watch?v=5OnAvfwAZrQ

6

Əvvəlki 4 oyun və növbəti oyun!

Salam hörmətli Azərbaycan cəmiyyəti,

İşlərlə əlaqədar olaraq bir qədər susqunluq yarandı. Bu gün bu susqunluğa son qoymağa çalışacağıq.

Bugünki yazımız əvvəlki 4 oyunla və növbəti Vyetnam oyunu ilə bağlı olacaq. İlk öncə Azərbaycan 2-4 Moldova oyunu barədə. Forumdada müzakirə etdiyimiz kimi, bu oyunda yeganə səhvimiz pressinq taktikası ilə çıxmamığız oldu.  Bu oyundan sonra millimiz daha uğurlu çıxış etməyə başladı.

Litva üzərində 2-0-lıq inamlı qələbə qazanıb, növbəti oyunda İordaniya milli komandasını 1-0 məğlubiyyətə uğratdıq. Bununlada 3 xal almamaq seriyasını 2 oyunla qırdıq.

Son oynumuz isə çətin rəqib Şimali İrlandiya ilə idi. Sirr deyil ki, bu komanda Danimarkanı 4-1-lik ağır məğlubiyyətə uğratdı. Həmçinin Şimali İrlandiya ilə oynumuz ilk səfər oynumuz və 7 ard-arda səfər oyunlarımızın ilk oyunu idi.  Buna görə də, bu oyun bizim üçün çox vacib idi. Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik, ona görə ciddi hazırlaşmışdıq. Hədəfimiz ən azı 1 xal almaq idi, sözsüz ki, 3 xal ziyan etməzdi :)  Oyuna gəlincə, matç çox gərgin keçdi. Matç boyu rəqib üstün oyun göstərdi və bunun nəticəsi olaraq Milli komandamız cəmi 1 epizodla yadda qaldı, və bu epizodda qolla nəticələndi. İlk səfər oynumuzu bərabərliklə başladıq və 2-ci yer uğrunda döyüşümüzü 9 xalla hələdə davam etdiririk.

Növbəti görüşümüz qrupun sürprizi Vyetnam komandasına qarşı olacaq. Rəqib  13 xalla Moldova ilə 1-2-ci yerləri bölüşdürür. Oyun öncəsi rəqibin bir çox aspektlərdə üstünlüyü var. Komanda ruhu ilə yanaşı komanda güvənliyindədə rəqib üstündür. Bunun üzərinə onların evdə oynadığını nəzərə alsaq oyunun çox çətin olacağı məlum məsələdir. Buna baxmayaraq komandamız həmişəki kimi sona qədər döyüşəcək və 3 xal üçün vuruşacaq.

Ən azından ilk 3 yerdə gedən komandalar kimi bizdə 6 oyun ərzində cəmi 1 dəfə məğlub olduğumuz oyunla övünə bilərik!

Gəlin komandamıza bu çətin görüşdə birlikdə dəstək olaq!

2

İkinci oyun: Azərbaycan 2-2 Bəhreyn


“Heyif, çox heyif” – məqaləni belə başlamaq istəməzdim, amma başladıq. Gözləmədiyimiz anda Bəhreyn bizə baş ağrısı oldu. 2-ci yer uğrunda döyüşdüyümüz üçün gücümüzü Bəhreyn üzərində sərf etmək istəmədik, və nəticə göz qabağındadır. Bir çox adam günahkardır, içindədə mən. Amma nə dəyişəcək? Bu xal itgisindən yalnız və yalnız nəticə çıxarıb irəli baxmaq lazımdır, çünki seçmə hələ qabaqdadır, önümüzdə daha 12 maraqlı, sürprizlərlə dolu, rəngarəng oyunlar olacaq. Əsas günahkar bizik, məşqçilər heyyəti. Məsələni belə qoymaq olar ki, baş məşqçi tərəfindən təklif irəli sürüləndə təklif birmənalı qarşılanmadı, və uzun müzakirə getdi amma sonda baş məşqçimiz riskə getməyi qərara aldı və bizdə uğur dilədik. Oyun başlayanda isə artıq məlum olduki riskə getməyimiz düz oldu. Bəli, məndə bu sualı fikirləşdim bəs camaat soruşmayacaq evdə oynayırıq, komanda ruhu rəqibdən yüksək, niyə əks-hücum taktikası ilə oynayırıq?  Məsələ burasındadır ki, biz Bəhreyn-dən müdafiə stilli oyun gözləyirdik və belədə oldu, amma bir əmması var, bu əmma isə rəqibin oyuna normal çıxmasıdır. Belə desək rəqib elə seçmələrin əvvəlində son güllələrini istifadə edir, və görək gələcəkdə nə edəcək, amma buna qədər isə bizdən artıq xal aldılar.  Taktikanın əsas mahiyəti yarımmüdafiəni götürsəkdə, götürməsəkdə oyun bizimdir, amma olmadı, çünki yarımmüdafiəni verdiyimiz halda əks-hücum taktikası işə düşəcəkdi amma hesablamalarımıza görə rəqibin yarımmüdafiəsi 52-55%-dən yuxarı keçməməli idi, keçməsi isə əvvəl qeyd etdiyim kimi normal çıxması oldu. Bununlada oyun çevrildi şans işinə.

Oyuna gəlincə hesabı biz açdıq və hətda 2-0 öndə idik, yeganə çox təəssüfləndirici və bəlkədə oyunda xal itirilməsinin əsas səbəbinin biridə qapıçının zədələnməsi oldu və yerinə zəif formada olan qapıçı girdi. Bununlada müdafiə zəiflədi. İkinci hissənin 20-ci dəqiqəsindən sonra isə kabus başladı, 2-1, ard-arda rəqibin hücumları və sona doğru 2-2 qaçılmaz hal idi. Hətda forumda yazdım ki (14745246.515), 2-ci qolu buraxsaq təəccüblənmərəm, və çox təəssüf ki, belədə oldu. Oyunun sonlarında komandanın oyunu itirməsi rəqibin 2-ci qolu vurmasına gətirib çıxardı.

Oyun bitəndən sonra reytinqlərə gəlincə fikir tamam dəyişdi, məsələ burasındadır ki, reytinqdə Bəhreyn-in daha yaxşı reytinqlərə malik olması diqqətdən qaçmadı. Səbəb isə əsasən normal çıxmaqları idi. Tarixdə hesab yazılır, səbəb yox, ona görə əlavə bəhanələr gətirməklə günaha girmiş olarıq, baxmayarıq ki, kifayət qədər səbəb var oyunun belə bitməsinə dair. Sadəcə sizin diqqətinizə çatdırmaq üçün yazdım bu səbəbləri.

Şəxsi fikrim budur ki, əslində böyük bir şey itirmədik, amma əgər seçmələrin sonunda bizə 2 xal yetməsə 2-ci mərhələyə çıxmaq üçün, onda özümüzə söyəcəyik. Məsələ burasındadır ki, Danimarka və Vyetnam son anda qələbə qazana bilsələrdə, prinsipial olan Moldova və Litva qarşılaşması bərabərə bitdi, və bu bizə xeyir edir. Həmçinin Moldova evdə normal çıxdı və bizimlə oyuna üstün durumda gəlmirlər. Yeganə üstünlükləri oyunçularının bizim oyunçulardan güclü olmasıdır. İnşAllah bu hallar bir-birini kompensasiya edər və uğur bizim tərəfdə olar.

Seçmələrdəki vəziyyətə gəlincə isə qrupda 3 hakimiyyətlikdir. Qrupa 4 xalla Litva, Moldova və Danimarka başçılıq edir, 3 xalla 4-cü və 5-ci yerlər müvafiq olaraq Şimali İrlandiya və Vyetnam bölüşdürür, biz isə 2 xalla 6-cı pillədə. 1 xalla Bəhreyn 7-də, 0 xalla İordaniya millisi isə son pillədədir.

Növbəti turda isə Litva İordaniya ilə, Şimali İrlandiya Danimarka ilə, Vyetnam isə Bəhreynlə qarşılaşacaq. Litva, Danimarka və Vyetnamın xal itirməsi, və bizim Moldova üzərində qələbə qazanmağımız 2-ci yer şanslarımızı bir qədər artırar, əks təqdirdə şanslarımız get-gedə tükənəcək.

Yeri gəlmişkən forumda iştirak edən hər bir istifadəçiyə öz təşəkkürlüyümüzü bildiririk.

Gələn həftənin 5-inci günü görüşmək ümidi ilə,

Hələlik :)


13

İlk oyun: Azərbaycan 1-1 Danimarka

Salam əziz həmvətənlilər,

Bugünki yazım Dünya Çempionatı Seçmələrində keçirilən ilk oyun barədə olacaq. Tarixi statistikaya baxdıqda Danimarka ilə indiyənə kimi cəmi 1 dəfə eyni qrupa düşmüşük və bu 2009-cu ilə təsadüf edib. Evdə keçirilən 9-0-lıq ağır məğlubiyyətdən sonra, səfərdədə darmadağına məruz qalmışıq: 4-0. Həmçinin bir görüşdə mənim məşqçilim dövrümə düşüb, amma yoldaşlıq xarakteri daşıyırdı bu oyun. 2010-cu ildə baş tutan oyunda Danimarka 2-0 hesabı ilə qalib gəlmişdi.

Bu gün Milli komandamız yeni baş məşqçi BiH_Merlin-in (1867514) başçılığı altında ilk rəsmi görüşə çıxırdı. Rəqib isə qısa və konkret, 2 həftə öncə Dünya Çempionu Danimarka! Oyun barədə 4 gün rəsmi səhifəmizdə 3 nəfər arasında müzakirə getdi, baş məşqçi, mən və GM-Catalin. Son qərara gəlmək çətin idi, çünki bu oyun çətin olsada əhəmiyyətli idi. Hədəfimiz 1 xal idi, amma sakin deyil normal çıxaraq. Sonda isə qərarı dəyişib sakin çıxmağa qərara gəldik. Səbəb isə uduzacağımız təqdirdə belə gələcək oyunlarda digər rəqiblərə qarşı az-çox şanslarımız olacaqdı, çünki bizim hədəfimiz 1-ci yer deyil, 2-ci yerdir, bunun üçün isə Moldova və Litva komandalarını məğlub etmək lazımdır ən azından, çünki bu 2 komanda 2-ci yer üçün ən real namizədlərdir.

Oyuna gəlincə isə, forumda aktivlik o qədərdə görsənmirdi, 3-4 uğur diləyənlər və mənim qısa əhval açacaq bir yazım: (14745246.358) və beləcə oyun başladı (345947411). Hədəfimiz “ayağımızı yorğanımıza görə uzatmaq”“nəğdini qoyub nisyəyə qaçmamaq” idi. Buna görədə 1 xal üçün çıxmışdıq oyuna. Rəqib cinahlardan hücum edirdi. İlk qol özünü çox gözlətmədi. 12-ci dəqiqə, 1-0 hesab Danimarkanın xeyrinədir. Bu arada Azərbaycanın baş məşqçisi oyunda kiçik dəyişiklik etdi. 31-ci dəqiqədə isə ŞOK AN! Dava-dalaş nəticəsində Ayaz Şabanov meydançadan qovuldu. Həmçinin rəqibin yarımmüdafiəçisi zədə alaraq oyunu tərk etdi. Əslində rəqibə zərbə vuran Ayaz deyildi, başqa oyunçu idi, sadəcə AzeBoy (10448162) yəni Ayaz Şabanov keçmişdə samboçu olub və futbol oynadığını unudaraq rəqib komandanın oyunçularına sambo fəndləri göstərib və beləcə oyundan kənarlaşdırıldı :). Ən nikbin azarkeşin belə ümidləri sönmüşdü. İlk hissə 59% Danimarkanın topa yiyələnməsi ilə başa çatdı. Ümumiyyətlə oyun boyu Danimarka oyunu diqtə edən tərəf idi.

İkinci hissə başladı, baş məşqçi Fərhad (yəni BiH_Merlin) təcili əvəzləmə etdi, hücumçu Nüsrətzadənin yerinə yarımmüdafiəçi Məmmədov girdi və ortaya doğru oynamağa başladı, məqsəd isə yarımmüdafiəni gücləndirmək idi, əks halda oyunu çevirmək müşkül məsələ olardı. Elə ilk həmlə də millimizdən gəldi. QOOOOOLLLL!!! Heç kəsin gözləmədiyi anda Əmrah Mərdanov oynun 61-ci dəqiqəsində hesabı bərabərləşdirdi. 1-1!!! Bunu görən danimarkalılar təcili qısa əvəzləmə etdi. Cinah müdafiəsində oynayan müdafiəçi hücuma meyilli oynamağa başladı. Hesabı qorumaq üçün isə Azərbaycan 70-ci dəqiqədə bir müdafiəçini çıxarıb digərini saldı. Səbəb isə kondisyonunun yüksək olmamasıdır, və həmin oyunçu ancaq 70 dəqiqə yaxşı təsir bağışlaya bilər. Oynun sonlarına doğru Azərbaycan Milli komandasında qarşıqlıq nəzərə çarpırdı, və əsəblər gərilməyə başladı. Heç kəsin gözləmədiyi anda Azərbaycan oynun sonlarına doğru, 87-ci dəqiqədə önə keçə bilərdi. Amma nə etmək olar, Mikayıl İshaqzadə topa gecikdi və qapıçı topu əlinə aldı. 89-cu dəqiqədə isə Danimarka təsəlli verici əvəzləmə etdi.

Beləcə oyun 1-1 bitdi! Bəli, çoxlarımızın məğlubiyyət gözlədiyi oyunda 1 xal qazandıq. Bu, mənim fikrimcə bir uğurdur, çünki Danimarka çox güclü kollektivdir, bunun məntiqi nəticəsi olaraq son dünya çempionlarıdır.

Qrupumuzda keçirilən digər oyunların nəticələri isə belədir:

Moldova-İordaniya 4-3 (345947412) (çox gərgin oyun)

Litva-Vyetnam 2-0 (345947413) (ev sahibinin asan qələbəsi)

Bəhreyn-Şimali İrlandiya 1-2 (345947419) (qonaqların əzmkar qələbəsi)

Bununlada qrupda 3 hakimiyyətlik yarandı. Litva, Moldova və Şimali İrlandiya 1-3-cü yerləri bölüşdürürlər.

Növbəti oynumuz Danimarkaya nisbətdə daha asan rəqiblə, Bəhreyn-lə oynayacağıq. Əsas odur arxayın olmayaq və inşAllah əzmkar qələbə qazanacağıq!

Hərkəsi gələn həftənin 5-ci günü, Cümə günü Bakı vaxtı ilə saat 23:00-da oyuna baxmağa dəvət edirəm. Gəlin millimizə birlikdə dəstək olaq və millimizin uğurları ilə sevinək!

Azərbaycan-Bəhreyn (345947416)

Yeni görüşlərədək,

Azərbaycan Milli komandasının PR meneceri,

Şamil

Qeyd: Əgər oxuduzsa, mümkünsə fikirlərinizi bizimlə bölüşün! Təşəkkürlər!

 

0

Milli Seçkiləri!

Hərkəsə salamlar.

Əvvəlcədən nəzərinizə çatdırım ki, bu yazdığım məqalə şəxsi fikir və mülahizələrimdir. Qəbul edib-etməməniz özünüzə bağlıdır 😉

Əsas forumumuz çempionat dövründə o qədər də qızğın görsənmir, amma U-20 vəya Milli seçkiləri forumu qızışdırır. Çox təəssüflər olsun ki, bu seçkilərdə o qədər də böyük sayda istifadəçi yoxdur, amma buna baxmayaraq öncəki seçkilərə nisbətdə daha çox namizədlərimiz var. Namizədlərə keçməmişdən öncə, Milli komandanı hansı vəziyyətdə buraxıb gedirəm nöqtəsinə toxunmaq istərdim. Hal-hazırkı heyyətimiz köhnə heyyətlərlə nə ilə fərqlənir? Komandamızın yarımmüdafiəsi qat-qat gücləndirilib. Əvvəllər komandamızda 1 dənə 1920 yarımmüdafiəçi vardırsa, hal-hazırda onların sayı bir neçə dənədir. Həmçinin komandada əvvəllər oynaya biləcək cəmi 2 hücumçumuz var idisə indiki komandada 4 hücumçu var. Cinah yarımmüdafiəçiləridə geridə qalmırlar, vaxtilə millimizdə 2 ədəd normal cinah yarımmüdafiəçimiz var idisədə, hal-hazırda bunların sayı 4-dür. Qapıçımız isə cavan olduğu üçün köhnə qapıçımızdan bir qədər zəifdir. Ancaq mövsümlər keçdikcə bu qapıçımız əvvəlkilərdən daha güclü olacaq. Bu çempionatda yaralı yerimiz müdafiədir. Millimizdə müdafiə həmişə yaralı yerimiz olub, və bunu aradan qaldırmaq üçün bir neçə mövsüm lazımdır, bunun üçün 4 mövsüm öncə yeni nəsil müdafiəçilərin yetişdirilməsinə başlandı və hal-hazırda gənc və güclü müdafiəçilər var komandada. Amma Milli komanda üçün lazım olan müdafiəçilər 4 mövsümlük məşqlər kifayət etmir. Çünki Milliyə əsasən təcrübəli və qoca oyunçuların xeyri çox dəyir. İnşAllah digər mövqelərdəki güclülüyümüz müdafiədəki boşluğu bizə unutdurar, əks halda işimiz çətinləşəcək.

Keçək namizədlərə. Mənə gələn məlumatlara görə istifadəçilərin əsasən dəstəklədiyi şəxslər bunlardır: BiH_Merlin, Eshquia və Vanikko (adları əlifba sırasına görə yazdım). Afakidze isə forumumuza yeni gəldiyi üçün o qədər də tanınan sima deyil. 3 namizədin mübarizəsi isə cəmiyyətin 3 hissəyə bölünməsinə gətirib çıxarıb. Allah axırını yaxşı eləsin.

Başlayaq elə əlifba sırası ilə.

1) BiH_Merlin (1867514)

Seçki platformasını burdan oxuya bilərsiz:  (15080503.4)

Adı Asmirdir, 32 yaşı var, Almaniyada yaşayır, əslən Bosniyalı Müsəlmandır. 2004-cü ildən Hattrickdədir. 3 dəfə U-20 Bosniya və Herseqovinanın məşqçisi seçilib, ən yaxşı nəticəsi 3-cü dəfə seçilərkən U-20 Bosniya və Herseqovinanı 3-cü mərhələyə qədər daşımışdır, bu isə onun taktika qəbiliyyətinin yetəri qədər çox güclü olduğunun əyani sübutudur. Son 2 Milli mövsümündə mənim taktika məsləhətçim olmuşdur, və rəqibləri bir çox fərqli taktikalar ilə təəcübləndirmişdik. Yeganə mənfi cəhəti Azərbaycan dilinin bilməməyidir.

2) Eshquia (9584329)

Seçki platfomasını burdan oxuya bilərsiz: (15080503.3)

Adı Kasımdır, 31 yaşı var, Türkiyədə yaşayır, əslən Türkdür. 2009-cu ildən Hattrickdədir, amma iddia etdiyinə görə bundan öncə digər komanda ilə oynayıb. U-20 və Milli komanda təcrübəsinə sahib deyil. Türkiyə və Azərbaycan komandalarında skaut vəzifəsində çalışıb, mənim məşqçi olduğum dövrdə Millini Hücumçularla işləyən skautu idi. Taktika təcrübəsinin olub-olmamağından xəbərim yoxdur, ona görə yalan deyə bilmərəm. Güclü tərəfi Azərbaycan dilini rahat anlaya bilməsidir. Yeganə mənfi cəhəti U-20 və Milli komanda məşqçilik təcrübəsinə sahib deyil.

3) Vanikko (7571533)

Seçki platfomasını burdan oxuya bilərsiz: (15080503.6)

Adı İondur, 24 yaşı var, Moldovada yaşayır, əslən Moldovandır. 2008-ci ildən Hattrickdədir. 1 dəfə U-20 Azərbaycan və 1 dəfə U-20 Moldova komandasına başçılıq edib. Hər iki U-20 ilə uğurlu mövsüm keçirib, amma heç birində təəssüflər olsun ki, 2-ci mərhələyə adlaya bilməyib. Qruplarda çoxlu sayda xal toplaması taktika bacarığının yetəri qədər güclü olduğunun əyani sübutudur. U-20 Azərbaycan üçün uğurlu proyekt hazırlamışdır. Həmçinin bir çoxumuzu sevindirən nailiyyətədə imza atmışdır: (298835463) Mənfi cəhətləri Azərbaycan dilinin bilməməsi və öncəki U-20 seçkilərində Azərbaycan cəmiyyətinin ona dəstək verməyəcəyini düşünüb Moldova seçkilərində iştirak etmişdir, amma nəticədə hər iki ölkədə qazansada, Moldovada seçkilərə qatıldığı üçün Azərbaycan U-20sinə seçilməmişdir və beləcə cəmiyyəti aldatmışdır.

4) Afakidze (9518280)

Seçki platfomasını burdan oxuya bilərsiz: (15080503.5)

Soyadı Afakidzedir, Gürcüstanın Tiflis şəhərində yaşayır, əslən Gürcüdür (gürcü dilində “Kartuli”). 2009-cu ildən Hattrickdədir. 2 dəfə U-20 Sakartvelo (Gürcüstan) komandasına başçılıq edib. U-20 ilə ikinci dövrü çox uğurlu keçib, belə ki kiçik Gürcüstan komandasını 2-ci mərhələyə daşıyıb, bu isə onun taktika bacarığının qabiliyyətinin olduğunu sübut edir. Azərbaycan U-20 və Millisinə heç bir xeyri dəyməyib. Mənfi cəhəti Azərbaycan dilinin bilməməsidir.

Beləcə bütün namizədləri bir-bir baxışdan keçirdik, indi seçim sizindir. Məqalə biraz gec hazır oldu, son qərarınız üçün cəmi 1 gününüz var. 1-ci gün səhər saat 10:00-da seçkilər başa çatır. Səs vermək üçün bu keçidə daxil olub istədiyiniz namizədin adını boş xanaya qeyd etməlisiniz vəya mövcud namizədlərdən birini seçərək səs verə bilərsiz. (/World/Elections/Default.aspx?LeagueID=129)

Mən isə öz növbəmdə bütün namizədlərə uğurlar arzu edirəm, kimin seçilməyindən asılı olmayaraq öz köməyimi həmişəki kimi əsirgəməyəcəm.

Tanrı hər kəsə yar olsun. Yeni görüşlərədək!

P.S: Hərkəsin yazısını balanslı şəkildə yazmağa çalışdım, ümidvaramki heç kəs deməyəcək niyə mənim haqqımda yazın uzundur vəya qısadır.

11

Hər şeyin bir əvvəli olduğu kimi, sonuda var!

Bəli, bu gün Milli komanda ilə son oyuna çıxıram. Söz verdiyim kimi, bu seçkilərdə iştirak etməyəcəm, səbəb isə qısa və konkret, vaxt azlığı.

Yazım iki hissədən ibarət olacaq. İlk hissə keçmişimizlə, ikinci hissə isə millimizdə hal-hazırdakı vəziyyətlə bağlı olacaq.

Düz 6 mövsüm bundan öncə siz mənə güvəndiniz və Milliyə gətirdiniz, buna görə hər kəsə öz təşəkkürümü bildirirəm. Seçilməmişdən öncə U-20 və Millimizə agent (şpion) vəzifəsi ilə yardım edirdim, rəqiblərin taktikalarının aşkara çıxarılması ilə. İlk dəfə milliyə seçiləndə çox təcrübəsiz idim. İlk oyundan sonra Milli məşqçisi olmağının necə məsuliyyətli bir iş olduğunu dərk elədim, və hər gün bir neçə saat öz üzərimdə işlədim, və sizlərin ümidlərinizi doğrultdum. Elə ilk çempionatdaca bərbad hücum xəttimiz ilə, yalnız cərimə zərbələri ustamız ilə 20 xal qazanaraq Azərbaycanın tarixində bir ilkə imza atdıq. Bunun məntiqi nəticəsi kimi olaraq növbəti Milli seçkilər dövründədə mənə güvəndiniz və səs verdiniz, birdaha çox sağolun. Ancaq bu dəfə etimadı doğrulda bilmədim, səbəb isə məlum idi, öncəki çempionatda çıxış edən komandanın 80%-i qocalardan ibarət idi, buna görə də, cavanlaşma siyasətinə keçmişdik və həmçinin qrupumuz 7 komandalı və güclü rəqiblərlə idik. Buna baxmayaraq eks-çempion yunanlarla 2-2 (282771255) və İrana hər iki oyunda (282771225) (282771247) qalib  gələrək cənubda yaşayan həmvətənlilərimiz sevincə qərq etdik. Bununlada xarici bir məşqçinin edə biləcəyini yerli məşqçi etdi. 11 xal, 5ci yer. Son mövsümdə isə milliyə real namizədlərin olmadığı üçün və gəncləşdirmə siyasətinin başa çatdırılması məqsədi ilə namizədliyimi bir daha irəli sürdüm, və sizin səslərinizlə ard-arda 3-cü dəfə Milli məşqçisi oldum. Püşk yenə amansız oldu, 7 komandalı qrup, öncəki çempionatın 2ci yeri Bolivia ilə yanaşı güclü Fransa, Okeaniya və Belarusla bir qrupa düşdük. Komandamızın öncəki çempionatdan daha yaxşı oyun göstərəciyini gözləsəkdə, böyük fərq olmadı, 12 xal, bu dəfə isə 6-cı yer. Faciəvi oyunlarımızdan biri Fransa ilə oldu. Rəqib sahədə oynamağımıza baxmayaraq, ilk 50 dəqiqədə 3-0 öndə olduğumuz halda Fransa 11 dəqiqə içində 5 qol vurdu (314558598), və bir anlıq real həyatdakı Fransa 10-0 Azərbaycan faciəsi yadıma düşdü. Düzdür, hesabımız belə olmasada, nəticədə hər ikisi faciə oldu. Ancaq bizdə öz növbəmizdə Fransanı Dünya Çempionatının 2-ci mərhələsindən məhrum etməklə (314558618) onlara faciə yaşatdıq, bununla yanaşı güclü Boliviya ilə səfərdə heç-heçə etdik (314558615). Qrupda yaxşı nəticənin əldə olunmamasının 4 səbəbi var idi: Güclü rəqiblər, oyun motorunun bəxtsizliyi, mənim bəzi taktiki səhvlərim və ən əsası gənc oyunçularımız. Bununlada 3 dövrü başa vurduq, və yeni nəsil yetişdi. Bəli, özüm öz əllərimlə yetişdirdiyim komandanı idarə etmək çox istəyərdim, amma Milli komanda şəxsi klub deyilki, 5 dəqiqəlik girəsən, heyyəti qurasan və çıxasan. İnşAllah seçkilərdə layiqli olan qazanar. Ancaq millidən getməyim o demək deyilki tamamilə geri çəkilirəm, xeyr! Yeni seçilənə yardımçı olacağam və özüm baş skaut vəzifəsində çalışacağam, əgər seçilən razı olsa.

İndi isə gələk yazının ikinci hissəsinə.

-Şamil, Milli komandanın qurulmasında təkcə sən iştirak edibsən?

-Xeyr!

-Bəs kim?

-Bizim Azərbaycan cəmiyyəti!

Bəli, bizim milliyə köməyi dəyən çox istifadəçi olub, Allah onlardan razı olsun. Bunun məntiqi nəticəsi olaraq komandada oynayan 80% oyunçuların sahibləri Azərbaycanlıdırlar! Əhsən!

1. Demoza (4876216) – Milli komandanın Yarımmüdafiə zavodu.

2. Ekinchi (4756211) – Milli komandanın Cinah Yarımmüdafisə fabriki.

3. Sigmund77 (6597359) – Milli komandanın Cinah Yarımmüdafisə fabriki.

4. Ulvi1993 (9078854) – Yarımmüdafiə “ferma” komanda sahibi.

5. Kurdemir (5038288) – Müdafiəçilər bazası.

6. Shirin (4552169) – Kamran Ağayevlərin sahibi

7. Tural1988 (9292822) – Hücumçular yetişdirir.

8. Amormio (5462218) – Müdafiəçiləri amansızca yetişdirən

9. Faik_ (8809358) – Yarımmüdafiəçilərə göz verib işıq verməyən.

10. ilyask (7664642) – Cinah Yarımmüdafiəçilərini çaparaq yetişdirən.

11. rasim80 (7034176) – Əvəzedici heyyət üçün yarımmüdafiəçilərin sahibi.

12. Ferid (8724624) – Ağsaqqal yarımmüdafiəçilərin yetişdirilməsində mütəxəssis.

13. assortie (6044325) – Müdafiəçiləri müasir texnologiyalar ilə yetişdirir.

14. Mirkenan (9240853) – Yeni nəsil 4G hücumçularını yetişdirən.

15. thelaw (8651988) – Gələcəyin ulduz yarımmüdafiəçilərinin sahibi.

Bu siyahını uzatmaqda olar, amma başınızı çox ağrıtmaq istəmirəm. Bəli, biz bir komanda olaraq öz Millimizi qurduq, və inşAllah yeni gələn məşqçi bu yeni komandamızdan bəhrələnər və yeni-yeni nailiyyətlər əldə edər.

Sonda isə hərkəsə yazını oxumağınıza görə öz minnətdarlığımı bildirirəm. Milli bizimdir, ona görə də məhz BİZ bu Millini qurmalıyıq!

P.S: Son oynumuzda Vyetnama qarşı çıxırıq. Hədəf düzülüş təcrübəsi və rəqibi zədələmək :)

 

2

Səbr edən dərviş, muradına ərmiş

Səbr edin hər şey tezliklə yeniləcək!

Hər şey vətən üçün!

 

0

Hello world!

Hi everybody. The page will be update as soon as I have time :)

 

Best wishes,

Shamil